Tanınmış jurnalist İradə Nurəddinqızına vəzifə verilib
Yenicag.az xəbər verir ki, o, “Sipark” inşaat tikinti şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Jurnalist mart ayının 1-dən artıq yeni işində çalışdığını bildirib.
Qeyd edək ki, İ.Nurəddinqızı bir çox qəzet, jurnal və saytlarda müxbir, redaktor vəzifələrində çalışıb. Uzun müddət “Simsar.az” saytı və “Simsar” jurnalının baş redaktoru, bir neçə layihənin müəllifi və aparıcısı olub.