Tanınmış jurnalistin seçki qərargahı yaradıldı

11846563_951983008194550_5102790982058143414_nTanınmış jurnalist, “Vision” TV-nin Müəllif departamentinin rəhbəri Fatimə Hacıbəylinin namizədliyi qeydə alınıb. 34 saylı Xətai Seçki Dairəsindən namizədliyini irəli sürən F.Hacıbəyli seçki təbliğatına tam hazırdır.

Bu barədə Yenicag.az-a açıqlama verən deputatlığa namizəd bildirib ki, “Artıq seçki qərargahım mobil şəkildə fəaliyyət göstərməkdədir. Mən seçicilərimə nə vəd edəcəyəmsə, sözümün arxasında olacaq. Çünki mən təyinatla o rayona göndərilməmişəm, hər gün o insanların arasındayam, onlardan biriyəm. Onların problemləri ilə maraqlanmıram, eyni problemləri bərabər yaşayırıq. Necə deyərlər, gərək ürək yana ki, gözdən yaş çıxsın”.