Tanınmış jurnalistin səhhətində ciddi problem yarandı – MEDİA-dan reaksiya

Tanınmış jurnalist Araz Zeynalovun səhhətində ciddi problem yaranıb.

Yenicag.az xəbər verir ki, kardioloji problemdən əziyyət çəkən Araz Zeynalov cərrahi əməliyyat keçirməlidir.

Dünən bir qrup jurnalist və ictimai xadimin Araz Zeynalovun müalicəsi ilə bağlı prezident İlham Əliyevə müraciət etməsindən sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalistin ailə üzvləri ilə görüşüb, onun səhhəti ilə maraqlanıb.

Qeyd edək ki,əməkdar jurnalist, uzun illər “Xalq qəzeti”ndə o zamankı (“Kommunist”) məsul postlarda çalışmış Hidayət Zeynalovla jurnalist Məryəm Həsənzadənin ailəsində boya-başa çatmış A.Zeynalov media cameəsində mədəni və qayğıkeş həmkar, jurnalistikanın cəmiyyətə qazandırdığı ziyalı, dərin düşüncə adamı kimi qəbul edilir.

COP29