“Oğlan uşağını kişi kimi böyütmək lazımdır ki, böyüyəndə başqa problemlər ortaya çıxmasın”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Kərimov (Nasosnu) “Günə bax” verilişində deyib.
Sənətçi evində oğlan uşaqları böyüdən analara səslənib:
“Oğlan uşağını məcbur etmək olmaz ki, evdə corab, köynək ütüləsin, yemək bişirsin, çay işinə baxsın. Evdə bacısı varsa, bu işləri bacısı görə bilər. Yoxdursa, anasına kömək edə bilər. Amma oğlan uşağı kişi kimi böyüməlidir, oyuncaqları avtomat, tank olmalıdır, ki, onda sonradan hormonal dəyişikliklər olmasın”.
Nehru