!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış model: “Sevgilisinin “şot”una qabağa gedir, əcəb edir”

!Reklam – Yazi

“Kimsə kiminsə “şot”una qabağa gedirsə, əcəb edir. Bacarana can qurban”.

Bunu tanınmış model Ramina Abbasova Yenicag.az-a açıqlamasında deyib.

O, insanların şəxsi həyatına müdaxilə edənləri qınayıb:

“Tutaq ki, kiminsə həyatında sevgilisi, məşuqəsi var, özü bilər. Onların şəxsi həyatıdır. Buna pis də baxmıram, başqasının özəl həyatına qarışmaq düzgün deyil. Belə də ki, kimsə kiminsə “şot”una qabağa gedirsə, əcəb edir. Bacarana can qurban.

Ramina insanların onu daha çox açıq-saçıq geyimlərinə görə tənqid etdiyini bildirib:

“Çox olub. desinlər ki, filan aktrisa hansısa iş adamının “şot”una qabağa gedib və sair. Yaxud da modellər barəsində də elə söz-söhbətlər olub. Amma mənim barəmdə belə şayiələr yayılmadı. Hələ olmayıb ki, desinlər, Raminaya kimsə sponsorluq edir. Sosial şəbəkələrdə kimlərləsə birgə klip, yaxud videoda çəkilirəm, fərqi yoxdur, bloqer olsun, yaxud da aktyor, müğənni, vayner… O saat başlayırlar yazmağa ki, bu bunun sevgilisdir, görüşürlər. İki nəfərlə oturub çay iç, vəssalam, o saat söz-söhbət yayılacaq.

Amma açıq-saçıq geyimlərim həmişə tənqid olunub. Azərbaycanda, təəssüf ki, geyim tərzi mentalitetə görə müəyyən edilir. Açıq-saçıq geyindinsə, o saat başlayacaqlar üstünə gəlməyə. Avropada, hətta Türkiyədə buna normal baxırlar, bizdə anormal. Cenifer Lopez, Rihanna Azərbaycana gəlib səhnəyə “kupalnik”də, ya da qısa şortda çıxanda ona normal baxırlar. Söz də düşəndə deyirlər, onların tərzi belədir, həmişə belə geyiniblər. Amma bizdə aləm dəyir bir-birinə. Söyüşün biri bir qəpiyə olur. “Instagram”da rəqs edib video paylaşırsan, başlayırlar abırdan-həyadan dərs keçməyə. Başqasının həyatına niyə qarışırsınız axı, sizə bu səlahiyyəti kim verib?”

Cəvahir

www.yenicag.az

1103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv