!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış modeldən QALMAQALLI AÇIQLAMA: “Bizə çatanda qeyrət damarları tutur”

!Reklam – Yazi

“Yazıq aktrisalar qorxudan seriallarda belə öpüşməkdən imtina edirlər…”

Bu sözləri tanınmış model Ramina Abbasova Yenicag.az-a açıqlamasında deyib.

Model əcnəbi seriallarda normal qəbul edilən, bizdə isə topa tutulan erotik səhnələrin ölkəmizdə “əxlaqsızlıq” kimi qəbul olunduğunu təəssüf hissi ilə bildirib:

“Bizdə söhbəti daha çox şişirdirlər. Avropada normal baxılan şeylərə bizdə pis baxırlar. Baxırsan, Avropada sevgilisi olan xanımlar rahat-rahat filmə də çəkilirlər, mahnı da yazdırıb populyar olurlar, çimərlik geyimində fotosessiyalar etdirirlər, açıq şəkildə öpüşürlər, onlara heç nə deyən olmur. Sevgililəri də heç nə demir, normal yanaşırlar. Söz də düşəndə deyirlər, bu onların işidir. Amma bizdə qısqanclıqlar başlayır, aləm dəyir bir-birinə. Yazıq aktrisalar qorxudan seriallarda belə öpüşməkdən imtina edirlər. Buna görə də öpüş səhnələri olmur. Bilirlər ki, bir aktyorla öpüşsələr, sosial şəbəkələr onları ağ yuyub, qara sərəcək. Amma xarici seriallara, filmlərə, açıq-saçıq, hətta yataq səhnələrinə baxanda normal yanaşırlar. Qəbul da edirlər, bəh-bəhlə alqışlayırlar da. Bizə çatanda mentalitet yada düşür, abır-həya, qeyrət damarları tutur. Həmin modellərə, aktrisalara qarşı qarayaxma kompaniyalarına başlanır. Əlbəttə, hamı belə deyil, amma əksəriyyət belə düşünür”.

Cəvahir

www.yenicag.az

2807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv