!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış modeldən SƏRT AÇIQLAMA: “Adam baxanda xəcalət çəkir”

!Reklam – Yazi

“Açıq bazardır. Adam baxanda xəcalət çəkir…”

Bunu tanınmış model-aktrisa Əfsanə Qasımova “TikTok” sosial şəbəkəsi ilə bağlı Yenicag.az-la fkirlərini bölüşərkən deyib.

O, sosial platformanın yeniyetmə və gənclərin tərbiyəsinə mənfi təsirlərindən danışıb:

“Baxırsan, yaşlı qadındır, biədəb formada oturub videosunu paylaşır. Yaxud da yeniyetmədir, yaşına uyğun olmayan fikirlər səsləndirir. Bəlkə də, valideynin uşağının “TikTok”da açdığı canlı yayımlardan xəbəri yoxdur. Heç bir ana və ata övladının belə səviyyəsiz, qeyri-etik paylaşımlar etməsinə razı olmaz. Amma valideyn övladına nəzarət etməlidir axı. Açığı, mən baxanda çox utanıram. Adam abır-həya edir. Biri çimərlikdə başqasının həyat yoldaşını çəkib paylaşır, biri digərinə göstərdiyi şiddəti həvəslə yayımlayır. Belə misalları çox çəkə bilərəm. İnsanlara elə gəlir ki, istədiklərini çəkib paylaşa bilərlər. Adam ona təəssüflənir ki, bu cür sosial şəbəkələrdən faydalanmaq əvəzinə, əksinə, qeyri-etik, tərbiyəsiz videolar paylaşılır. İnsan necə hamamda fotolarını çəkib paylaşa bilər? Yaxud da pul qazanmaq üçün necə özünü belə hörmətdən sala bilər?! Az qala yalvarırlar, min oyundan çıxırlar ki, təki onlara pul qazandırsınlar. Hesab edirəm ki, “TikTok”da 5-10 faiz səviyyəli insanlardır, qalan 95 faiz hamısı səviyyəsizdir. Mənə görə, “TikTok” yeniyetmə və gənclər üçün çox pis nümunədir. Bağlansa, daha yaxşı olar…”

Cəvahir

www.yenicag.az

6281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv