“Bu gün qızlar, xanımlar elə açıq-saçıq geyimdə şəhərə çıxırlar ki, onlara baxanda qadın olduğuma görə, vallah, utanıram”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış model Əfsanə Qasımova deyib.
O, yaraşdı-yaraşmadı açıq-saçıq geyinən, “əynində əynindən başqa heç nə olmayan” xanımlarla bağlı sərt fikirlər səsləndirib.
“Bu gün qızlar, xanımlar elə açıq-saçıq geyimdə şəhərə çıxırlar ki, vallah, onlara baxanda qadın olduğuma görə utanıram. Ürəyimdə deyirəm, görəsən, bunu evdən çıxaran baxmır ki, qızım, ya xanımım nə geyinib çıxır? Geyinmək də demək olmaz buna, demək olar ki, iki dənə yerlərini bağlayıb çıxırlar evdən. Mən modeləm, sənət adamıyam, belə geyinsəm, bəlkə də məni qınayan olmaz. Deyərlər, sənət adamıdır, belə geyinməsi də normaldır. Amma heç geyinmərəm də…
Sənətə aidiyyatı olmayan adi qadınlar açıq-saçıq geyinməkdə sənət adamlarını da geridə qoyublar. Gözəl və zövqlə geyinmək həm də mədəniyyətdir. Təsadüfən deməyiblər ki, geyiminə görə qarşıla, ağlına görə yola sal. Yaraşmaq söhbəti də var. Baxırsan, ayaqları kötük kimidir, mini geyinib, vulqar görünüşü ilə diqqəti üzərinə çəkir. Yaxud da, o qədər dar paltar geyinib ki, artıq ətləri paltarın altından pırtlayıb çıxır. Əksinə, geyimlə bu qüsurları ört-basdır etmək olar. Belə adamlar güzgüdə özlərinə baxır, görəsən? Nə vacibdir, özünə yaraşanı geyin də…”
Cəvahir