!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənni adam vurdu: "Nə qədər qışqırdım... ayılmadı"

!Reklam – Yazi

Müğənni Zemfira İbrahimovanın Novruz bayramı ərəfəsində başına dəhşətli hadisə gəlib. Müğənni avtomobili ilə adam vurub.

Yenicag.az-a açıqlama verən sənətçi xoşbəxtlikdən həmin adamın xəsarət almadığını deyib:

“Bayramqabağı bir verilişin çəkilişində iştirak edəcəkdik. Sən demə, prodüserim verilişin zarafat xaraterli olacağını bilirmiş. Ssenariyə görə, mən maşını idarə edən zaman yolda qəfildən kimsə qarşıma çıxmalıymış. Həmin situasiyada özümü necə apardığımı bilmək istəyiblər. Mənim də heç nədən xəbərim yox… Maşını sürüb, getmək istəyəndə bir nəfər özünü “kapot”un üstünə atdı. Adam huşsuz vəziyyətdə yerə yıxıldı. Nə qədər qışqırdım… ayılmadı, isterika içində idim, qorxudan nə edəcəyimi bilmirdim. Dəhşətli dərəcədə qorxdum, gördülər ki, halım pisdir, dedilər ki, narahat olma, bunu qabaqcadan özümüz planlaşdırmışıq. Əsəbimi heç cür boğa bilmədim, hirsimdən prodüserimi döydüm. Dedim, “belə zarafat olar?” Birdən adam ağır xəsarət alsaydı, onda necə olacaqdı? Dedilər ki, məhəlləarası yol olduğundan sürəti nəzərə almışdıq, heç bir xəsarət ola bilməzdi. Sadəcə olaraq, adamın yerə yıxılması və “huşunu itirməsi” məni qorxutdu. Elə bildim, doğrudan da özündən gedib. Allah üzümə baxdı, o adam xəsarət almadı. O gündən hələ də özümə gələ bilmirəm”.

Cəvahir

www.yenicag.az

4779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv