“Soliton” Mağazalar Şəbəkəsinin filiallarından birinin müdiri olan Tağı Bayram adlı şəxs həmin mağazada çalışan Sənan Həsrətovu vuraraq ona bədən xəsarəti yetirib.
Yenicag.az-a şikayət videosu ilə müraciət edən zərərçəkmişin atası bildirib ki, Tağı Bayram məsələnin ictimailəşməməsi üçün Sənan Həsrətovun sağlamlıq xərclərini qarşılayacağını bildirib, lakin sonradan bu vədinə əməl etməyib.
Zərərçəkmişlər hadisə ilə bağlı polisə müraciət etsələr də, burada tamam başqa mənzərə ilə qarşılaşıblar.
Daha ətraflı videoda: