“Sosial şəbəkələrdən efirlərə mahnılar gəldi və faciə onda başladı. Əvvəllər o bayağı mahnıları efirə buraxmırdılar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sahib İbrahimov efirdə deyib.
“Əvvəllər o bayağı mahnıları efirə buraxmırdılar. Hətta o bayağı mahnı oxuyan ifaçılar belə xahiş-minnətlə efirə gələndə peşəkar bəstəkarlara müraciət edib onların əsərlərini oxuyurdular. Daha maqnitafonda oxuduqlarını yox. Onlar həmin kasetlərlə yayılan o mahnılarla seviliblər, amma efirə gələndə peşəkar bəstəkar mahnıları, eləcə də xalq mahnıları ifa ediblər. Sosial şəbəkələrdən efirlərə mahnılar gəldi və faciə onda başladı”.
Nehru