“Qışqıra-qışqıra oxuyur…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, bir çox tanınmış sənətçilərin yetişməsində rolu olan pedaqoq İntiqam Kərimov “Günə bax” verilişində deyib.
O, bəzi məşhur sənət adamları ilə bağlı iradlar səsləndirib:
“Müğənni var, tanınmışdır, adı-sanı öz yerində, amma oxuyanda qışqırır. Elə müğənni də var, heç tanınmış deyil, amma elə sakit oxuyur ki, eşidəndə zövq alırsan. Bal kimi oxuyur. Dinləyənlər deyir, bunun səsi yoxdur. Əksinə, onun səs diapazonu qışqıra-qışqıra oxuyanın səsindən iki dəfə yüksəkdir. Müğənninin diafraqması, sinəsi, boğazı düzgün işləməlidir”.
Nehru
www.yenicag.az