Tanınmış müğənnidən SƏRT İTTİHAM: “Toylara gedənlərin 98 faizi…”

“Toylarda yarım saat oxuyanlar 6-7 min manat pul alır. Lakin biz ansambl ilə bərabər o pulu ala bilmirik”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Eldar Ələkbərov efirdə söyləyib.

Sənətçi yaxşı mahnıların dinləyicisinin getdikcə azaldığını təəssüf hissi ilə bildirib:

“Paxıllıq insanın içini yara edir. Paxıllıq hissindən uzaq olmaq lazımdır. Allahımı dərk edən insanam, buna görə də paxıl insan deyiləm. Amma baxın, bu gün yaxşı pul qazanan, toylara gedənlərin 98 faizi əsl musiqidən xəbəri olmayanlardır. Toylarda yarım saat oxuyanlar 6-7 min manat pul alır. Lakin biz ansambl ilə bərabər o pulu ala bilmirik.

Şəfiqə Axundovanın gözəl bir mahnısı var, amma mən normal bir efir tapıb o mahnını oxuya bilmirəm. Elə bir dövrə gəlib çıxdıq ki, yaxşı mahnıların dinləyiciləri azalıb”.

Nehru

COP29