!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: "Bir evdə 3-4 uşağı var, hərəsi də bir kişidən" - FOTOLAR

!Reklam – Yazi

Türkiyədə yaşayan azərbaycanlı müğənni Bətürə Hüseynova şou-biznes aləmindəki sükutu pozub.

Yenicag.az-a açıqlama verən müğənni barəsində yayılan şayiələrdən cana doyduğunu deyib. O, şou-biznesdə olan həmkarlarının bostanını daşlayaraq, qalmaqallı fikirlər də səsləndirib:

“İllər boyu haqqımda şayiələr yayıblar. Bəziləri deyib ki, uşaq həyat yoldaşımın idi, mən saxlamışam, yaxud da başqasının uşağıdır, götürüb saxlamışam və s. Məni qıcıqlandıran budur ki, hələ də bu mövzu danışılmaqdadır. Uzun illər əvvəl hamilə olduğum zaman çəkdiyim fotonu paylaşaraq bu şayiələrə son qoymaq istədim. 24 yaşımda hamiləykən çəkilən fotonu paylaşdım. Hamiləliyimin daha aydın bilinməsi üçün bikinidə olduğum fotonu yayımladım. Foto müzakirələrə səbəb oldu, yazdılar ki, bəlli oldu necə qadın olmağın və s. Mənə təhqir dolu rəylər yazan o şəxslər kimə nə yazdıqlarını bilsinlər. Bu gün bəh-bəhlə baxdıqları o müğənnilər ki var, onların evdə 3-4 uşağı var, hərəsi bir kişidəndir. Onlar barədə yazmağa cəsarətləri çatmır. Amma mənim bir övladım var, o da nikahlı həyat yoldaşımdandır. Heç vaxt da qıymamışam, düşünməmişəm ki, həyat yoldaşımdan boşanım, başqa bir kişidən uşaq dünyaya gətirim və övladım yad kişiyə ata deyə müraciət etsin. Və ya ikinci dəfə evlənim, ikinci dəfə övlad dünyaya gətirim deyə düşünməmişəm. Heç başqalarına da pis baxmıram, özləri bilər”.

Cəvahir

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv