“Qala” qrupunun rəhbəri, müğənni Ceyhun Əliyev “Sevimli insanım” adlı mahnısına klip çəkidirib. Rejissor DeLee-nin ekranlaşdırdığı mahnının söz və musiqisi Ceyhunun özünə məxsusdur.
Yenicag.az xəbər verir ki, mahnı və klipdə tərənnüm edilən sevginin gerçək olduğu üzə çıxıb. Belə ki, müğənninin bəhs etdiyi xanım illərdir gizli saxladığı, əslən əcnəbi olan model Angelinadır. Müğənni bu sevgisini böyük ekrandan hər kəsə nümayiş etdirib.
Bu barədə müğənni özü danışıb:
“Mahnı elə-belə yazılmayıb. Mahnı və klipdəki ssenari mənə çox şeyi xatırladır. Ürəyimdən keçənləri nəhayət, misralara düzdüm. İstəyirdim mahnını başqa sənət dostum səsləndirsin, amma düşündüm ki, bunu özüm qədər heç kim hiss etdirə bilməyəcək. Bu klipə ondan gözəl xanımı çəkə bilməzdim. Qoy qərarı tamaşaçı versin”.
Qeyd edək ki, çəkilişlər daha çox dəniz kənarında aparılıb. Sevgilisi ilə kamera önünə keçən Ceyhun bu sevginin qarşılıqlı olduğunu hiss etdirir.