Tanınmış müğənniyə AĞIR İTKİ: “Bu onu çox sarsıtdı”

Əməkdar artist Lalə Məmmədovaya ağır itki baş verib.

Bu barədə müğənninin prodüseri Vəfa Nuriyeva Yenicag.az-a açıqlamasında bildirib.

O, müğənninin atası Nadir Məmmədovun qəfildən dünyasını dəyişdiyini deyib:

“Lalənin atası yaşlı idi və yaşı ilə bağlı son vaxtlar xəstəlikdən əziyyət çəkirdi. Qəfildən dünyasını dəyişdi. Bir az olar dəfn etdik. Bir övlad üçün ata itkisi çox ağırdır. Lalə də atasının itkisindən sarsılıb”.

Cəvahir