!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış psixoloq özünü asdı - Bakıda - Morqa kim gəldi? - 4

!Reklam – Yazi

Tanınmış psixoloq Dəyanət Rzayev intihar edib. Yeniçağ.Az xəbər verir ki, bir neçə saat öncə Dəyanət Rzayev öz kəməri ilə evindən asıb. Tez-tez intiharlarla bağlı çıxış edən psixoterapevtin son aylarda depressiyada olduğu bildirilir.

Hadisə yerində olan əməkdaşımız hazırda polis əməkdaşlarının mənzildə axtarış apardıqlarını bildirib.

Qeyd edək ki, tanınmış psixoloq intihardan öncə özünün bütün sosial media hesablarını dondurub.

***

Mərhumun saxlanıldığı morqa sabiq millət vəkili Gülər Əhmədova gəlib.

Qeyd edək ki, sabiq deputat bir neçə ay öncə D.Rzayevin rəhbərlik etdiyi Psixoterapiya Mərkəzində işə başlamışdı. O zaman mətbuata açıqlama verən G.Əhmədova intihar edən psixoloqu belə xarakterizə etmişdi: “Psixoterapiya Mərkəzində çalışmağa məni Dəyanət Rzayev dəvət edib. Dəyanət Rzayevlə həmkar kimi çox yaxşı münasibətlərimiz olub. Dəyanət Rzayev hörmət etdiyim və işini qiymətləndiriyim psixoloqdur. Yaxşı və çətin günün dostudur. Psixoterapiya Mərkəzinə məni dəvət edərkən onunla çalışmağa üstünlük verdim”.

 

Dəyanət Rzayev özünü bu binada asıb:

VİDEO

www.yenicag.az

3139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv