Son günlər adı qalmaqallarda hallanan tanınmış kosmetoloq Elnarə Rzayeva sahibi olduğu klinikada döyülüb.
Yenicag.az-a açıqlama verən həkim şantajla üzləşdiyini bildirib.
“Həkimə əl qaldırıblar. Utandığımdan bunu heç harada işıqlandırmaq istəmirdim. Sadəcə, şantajla üzləşmişəm. Elə fikirləşirlər ki, başqa həkimlərin çörəyini əlindən almışam. Hadisə mart ayında baş verib. Məni şantaj etməklə pul tələb edirlər”- deyə, Rzayeva əməkdaşımızla söhbətində bildirib.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı cinayət işi açılıb, faktla bağlı araşdırma aparılır. Hadisənin baş verməsinə səbəb isə Rzayeva ilə müştərisi Validə Firudinova arasında olan qalmaqaldır. Müştəri iddia edir ki, Elnarə Rzayeva burun kiçiltmək üçün endirim kampaniyası keçirirən zaman qızı 3-cü yeri tutmaqla 30 faiz endirim əldə edib. Firudinovanın iddiasına görə, kosmetoloq 280 manata iynə vurub və burnunun 20 günə kiçiləcəyini bildirib. Lakin 20 gün keçsə də, kiçilmə əvəzinə burnumun yuxarı hissəsində əyilmə və göyərmə baş verib.
Emin Səfərov