Ukraynalı “qanuni oğru”lar – “Lera Sumski” ləqəbli Serqey Lısenko, “Nedelya” ləqəbli Andrey Nadzelski, habelə Sergey Oleynik və Vasili Rusan xalqı həmrəyliyə çağırıblar.
Yenicag.az xəbər verir ki, avtoritetlər siyasətə qarışmadıqlarını bildirsələr də, vətənin bu ağır günündə baş verənlərə biganə qala bilmədiklərini qeyd ediblər.
Müraciətdə həm də o bildirilib ki, prezident Volodimir Zelenskinin yüzlərlə məhbusu vətən müharibəsində iştirak etmək üçün azadlığa buraxması barədə fərman həmin adamlar üçün bir sınaq olacaq.
“Siz bundan sonra dustaq yox, döyüşçüsünüz. Kimliyinizdən, etdiyiniz cinayətdən asılı olmayaraq vətənin müdafiəçisiniz. Bu ada xələl gətirməyin”.