Tanınmış qazı vəfat etdi

Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazısı Hacı Mirqiyas Təhməzov vəfat edib.

Yenicag.az xəbər verir ki, Mirqiyas Təhməzov bir müddət xəstəlikdən əziyyət çəkib. O, bu gün Masallının Çaxırlı kəndində yaşadığı evdə vəfat edib.

Hacı Mirqiyas Təhməzov 1944-cü ildə anadan olub.

Allah rəhmət eləsin!