Tanınmış rejissor Aqil M.Quliyevə ağır itki üz verib

Bu gecə rejissorun qardaşı İlham Quliyev dünyasını dəyişib.

Mərhumun əmisi, tanınmış ssenarist Eldəniz Quliyevin Yenicag.az-a verdiyi məlumata görə, İlham uzun müddət qaraciyər xərçəngi ilə mübarizə aparıb:

“Son üç günü xəstəxanada keçirib. Həkimlər ümidsiz olduğunu deyərək, evə aparılmasını məsləhət gördü. 41 yaşı vardı, subay idi. Arzuları ürəyində qaldı yazığın…. Bu gecə səhərəcən yanında idik, komada idi; gözümüzün qabağındaca keçindi”.

Allah rəhmət eləsin.

Cəvahir

Yenicag.az