Tanınmış rejissor: “Rüstəm İbrahimbəyov çapında kinematoqrafçı yetişdirmək Azərbaycan üçün çox çətin olacaq” – VİDEO
“Rüstəm İbrahimbəyov kinematoqrafiyamızda yeganə adam idi ki, onu bütün dünya tanıyırdı. Belə səviyyədə kinematoqrafçı yetişdirmək Azərbaycan üçün çox çətin olacaq”.
Bunu matın 10-da Moskvada dünyasını dəyişən Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünyaşöhrətli kinorejissor Rüstəm İbrahimbəyovla bağlı fikirlərini bölüşərkən rejissor Tahir Tahiroviç Yenicag.az-a açıqlamasında deyib.
O, Rüstəm İbrahimbəyovun vəfatını Azərbaycan kinosu üçün böyük itki kimi dəyərləndirib:
“O, Azərbaycan kinosu üçün imkanlarından da artıq etdi. Bir azərbaycanlı olaraq o, Azərbaycan kinosuna “Oskar” adını yazdırdı”.
Daha ətraflı videonu təqdim edirik:
Cəvahir