!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış rejissor: "Sənin əlindən hara qaçaq, ay pandemiya?!"

!Reklam – Yazi

“Pandemiya bizdən də yan ötmədi. Maddi çətinliklərimiz oldu”.

Bunu tanınmış aktyor və rejissor Ramin Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Rejissor yeni mövsümdə yeni serialla izləyicilərinin qarşısına çıxacağını bildirib.

Rejissor “Space” TV-də komediya janrında serial təqdim edəcək.

“İzləyicilərimiz bizi bu dəfə başqa bir telekanalda görəcək. Fərqli bir serialla gəlirik. Heç kimin edə bilməyəcəyi ilə bir serialla izləyicilərin qarşısına çıxacağıq. Adı da “Yaxşı olar”.

O, həmçinin pandemiyanın ona vurduğu ziyandan da danışıb:

“Pandemiya hamı kimi bizə də təsirsiz ötüşmədi. Bizim serial sahəsi elədir ki, maddi sıxıntılar birinci bu sahəyə təsir edir. Pul kəsiləndə elə birinci bizdən kəsilir. Sənin əlindən hara qaçaq, ay pandemiya?! Çox çətinliklər oldu”.

Cəvahir

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv