Tanınmış rejissordan artan təhsil haqqına REAKSİYA: “Hüquq fakultəsinə 10 min verən adam…”

“Hüquq fakultəsinə 10 min verən adam niyə, bəstəkarlıq, rejissorluq fakültəsi üçün həmin pulu verməməlidir?”

“Dövlət sifarişi ilə ali təhsil müəssisələrində bir çox ixtisaslarla bərabər rejissorluq ixtisası üzrə də illik təhsil xərclərinin miqdarı artırılıb.

Yenicag.az-a açıqlama verən tanınmış rejissor Tahir Tahiroviç rejissorluq ixtisasının digər peşələrdən heç də əskik olmadığını və buna görə də ödənişin artırılmasını normal sayır:

“Azərbaycanda bir tendensiya var, soruşurlar, uşaq universitetə qəbul olundu? Soruşmurlar hansı ixtisas üzrə, hansı fakültəyə. Birinci sual bu olur, pulludur, yoxsa pulsuz? Halbuki, pulsuz təhsil qaldı sovet hökumətinin vaxtında. İndi dünyanın ən məşhur universitetləri ödənişlidir. Söz yox ki, Azərbaycanda insanın yaşayış tərzi bəlkə ona imkan vermədiyi üçün bunu dərd kimi qəbul edirlər. Bu da anlaşılandır. Amma ümumən mən razıyam, kinorejissorluq fakültəsi prestijli fakültə olduğu üçün təhsil haqqının da baha olması normaldır. Hüquq fakültəsinə 10 min verən niyə, bəstəkarlıq, rejissorluq fakültəsi üçün həmin pulu verməməlidir? Bizim bu ixtisaslar hüquq, iqtisadiyyat, tibb, yaxud digər ixtisasların nəyindən əskikdir?”

Cəvahir