Tanınmış rejissordan PARKİNQ İRONİYASI: “Qiymətlər birə on qalxsın, bir az da qırılaq”

“Cərimələrin məbləği və parkinq qiymətləri maşının dəyərinə görə müəyyənləşməlidir”.

Bu fikirləri aprelin 1-dən etibarən, yeraltı dayanacaqlarda avtomobillərin parkinq qiymətlərinin kəskin artırılmasına reaksiya verən tannımış rejissor Ramin Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Rejissor yeni tariflərin insanların cibinə uyğun olmadığını bildirib:

“Məhsulların qiyməti qalxıb, insanların qiyməti ucuzlaşıb. Arzu edirəm, parkinq qiyməti birə on qalxsın, bir az da qırılaq.

Mən həmişə demişəm, yenə də deyirəm, cərimələrin məbləği və parkinq qiymətləri maşının dəyərinə görə müəyyənləşməlidir. Məsələn, qırmızı işıq maşının qiymətinin 1 faizi, qoşa xəttin tapdanması 0,8 faiz…

Sovet markalı avtomobilin dəyəri 10 min manatdırsa, o məbləğin 1 faizi 100 manat edir. Maşını dəyəri 200 mindirsə, 1 faiz edəcək 2 min. Belə olan halda, o varlı maşın sahibi qırmızı işıqda daha keçməyəcək”.

Cəvahir

COP29