Tanınmış repçi küçədə pul payladı – VİDEO

Kanadalı hip-hop ifaçısı, aktyor və prodüser Dreyk yeni “God’s Plan” (Allahın Planı) adlı klipində təxminən bir milyon dollar payladı.

Yenicag.az xəbər verir ki, müvafiq video sənətçinin YouTube kanalında yerləşdirilib.

Musiqili klipdə repçi Mayami Universitetinin tələbələrindən biri üçün 50 min dollar məbləğində sponsorluq etdi, 50 və 20 min dollar gənclər mərkəzinə və yanğın deposuna bağışladı, hətta Mayami Universiteti nəzdnində olan musiqi məktəbinə 10 min dollar verdi.

Bundan əlavə, o, bəzi ailələr üçün yeni avtomobillər alıb, supermarketlərdə alış-veriş etmək üçün ödəniş edib və sadecə küçədə pul payladı. Ümumilikdə repçi təxminən 997 min dollar payladı.

Müğənni “Instagram”da qeyd edib ki, “God’s Plan” (Allahın Planı) çərçivəsində keçirilən müxtəlif insanlara kömək aksiyası fəaliyyət karyerasında ən önəmli iş oldu.

COP29