Tanınmış amerikalı reper DMX (Erl Simmons) vəfat edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yüksək dozada narkotik qəbul edən reperin vəziyyəti kəskin pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər Erl Simmonsun ürəyində problem olduğunu bildiriblər. Bir neçə gün xəstəxanada qalan musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Erl Simmons ABŞ-ın ən uğurlu reperlərindən biri olub. Onu 1990-cı illərdə hip-hopun ikonası adlandırıblar. 6 albomu Billboard 200 hit-paradında birinci olub. 20 ildən çox davam edən karyerası boyunca DMX 7 albom buraxıb.