Tanınmış rusiyalı jurnalist Pavel Şeremet Ukraynanın paytaxtı Kiyevdə avtomobilinin partlaması nəticəsində həlak olub.
“Ukrainskaya pravda”nın yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də jurnalistin işlədiyi “Radio Vesti”yə getdiyi zaman baş verib.
Avtomobil “Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olub.
Polis əməkdaşları hadisə yerində təhqiqat aparırlar.(azvision)