Tanınmış sənətçi qəfil dünyasını dəyişdi: “Ağır itkidir”

Tanınmış klarnet ifaçısı Zahid Sabirabadlı dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a sənətçinin dostu, müğənni Elvin Hümbətov məlumat verib.

O, Zahidin yatıb, ayılmadığını bildirib: “20 dəqiqə olar ki, Zahid dünyasını dəyişib. Dünən Sabirabadda toyda olub, bu gün də orada qalıb. Bu gün axşam toya gedəcəkdi. Yatıb, ayılmayıb. Ağır itkidir”.

Allah rəhmət eləsin!

Cəvahir