Tanınmış şəxsin polkovnik oğlu dünyasını dəyişib – FOTO

Polis polkovniki Vüqar Zeynalov vəfat edib.

Yenicag.az publika.az-a istinadən xəbər verir ki, uzun müddət daxili işlər orqanlarında xidmət etmiş və bir sıra rəhbər vəzifələri tutmuş V.Zeynalov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, vəfat edən polkovnik bir vaxtlar AZərbaycanda böyük nüfuzu olan Respublika Korlar Cmiyyətinin mərhum sədri Arif Zeynalovun oğludur. A.Zeynalov ölkədə fiziki məhdudiyyətli şəxslər, xüsusi ilə uşaqlar üçün bir sıra mərkəzlərin, eləcə də məktəblərin yaradılması kimi işləri ilə tanınıb.

Allah rəhmət eləsin!