!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış sima “Space”dən niyə getdi? – Aparıcı SƏBƏBİNİ AÇIQLADI

!Reklam – Yazi

“Kanalın yeni konsepsiyası ilə mənim yolum üst-üstə düşmür”.

Bunu “Space” TV ilə yollarını ayıran tanınmış aparıcı Nübar Əbil Yenicag.az-a açıqlamasında deyib.

“Space”dəki dəyişikliyi hamı bilir. Kanal özünə yeni konsepsiya seçir, yeni rəhbərlik o konsepsiyanı icra edəcək. Sırf komedik verilişlər olacaq, komediya janrında davam edəcək.  Mənim layihələrim “Milli səs” və “Bir axşam səhnədə” idi. “Milli səs”in erkən finalı oldu, axşam şousu olan o biri verilişimin də yayımı dayandırıldı. Mən də özümü o konsepsiyada görmədiyim üçün kanaldan ayrıldım. Yəni kanalın yeni konsepsiyası ilə mənim yolum üst-üstə düşmür”.

Aparıcını yaxın günlərdə hansısa telekanalda görəcəyikmi?

Aldığımız cavab belə oldu:

“İşdən getməyim hansısa bir kanala dəvət almağımla əlaqədar deyil. Səbəbi açıqladım. Novruz bayramından sonra gələn təklifləri dəyərləndirəcəm”.

Cəvahir

www.yenicag.az

1712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv