Türkiyənin Azərbaycandakı Səfirliyinin himayəsi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Azərbaycana dəvət olunan nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylı Bakıda bir sıra görüşlər keçirəcək və mühazirələr söyləyəcək.
Yenicag.az aprelin 14-də Heydər Əliyev Mərkəzində tanınmış tarixçinin “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçiriləcək.
Aprelin 15-də ADA Universitetində tələbələrlə bir araya gələcək İlber Ortaylının İmza Günü 16 aprel tarixində Bakı Book Centerdə təşkil olunacaq.
Tanınmış tarixçi Bakı üzrə proqramının yekunlaşmasından sonra Gəncəyə və Şəkiyə səfər edərək, yerli ictimaiyyətlə görüşəcək.
Xatırldaq ki, İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olub. Bir çox elmi məqalələrin və kitabların müəllifidir.