Təhsil eksperti Kamran Əsədov deputatlığa namizədliyini geri götürüb.
Yenicag.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
“Uzun müddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim”, – ekspert qeyd edib.
O bildirib ki, hamımızın ortaq məqsədi daha ədalətli, daha əmin-amanlıq içində və daha firavan bir cəmiyyət yaratmaqdır: “Düşünürəm ki, ölkəmizdə elmin, ali və orta təhsilin inkişafına hazırkı mövqeyim ilə də faydalı ola bilərəm”.
Qeyd edək ki, 70 saylı Neftçala seçki dairəsindən 70 saylı Neftçala seçki dairəsindən VHP sədrinin müşaviri, Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı da namizəddir. Hakim Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi Fərhad Baxışovdur.