Tanınmış xanəndə, “Muğam müsabiqəsi 2013”-ün qalibi Ramiq Bayramov karantinə yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə AFN-ə R.Bayramov özü məlumat verib.
Onun sözlərinə görə, martın 13-də toy və bayram konsertində iştirak etmək üçün Moskvaya gedib: “Elə o vaxtdan vəziyyət belə olduğu üçün qaldım orada. Aprelin 21-də Dağıstanın Dərbənd şəhərinə gəldim və irada gözləməyə başladım. İyunun 2-də ölkəyə daxil oldum və Qubada yerləşən hotellərin birində yerləşdirildim. Qeyd edim ki, biz burada dövlət hesabına yerləşdirilmişik, yeri gəlmişkən, aidiyyatı qurumlara, ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm belə bir şəraitin yaradıldığı üçün. Burada karantində yerləşdirilən insanlara çox yüksək səviyyədə diqqət göstərilir, heç bir çatışmazlığımız yoxdur”.
R.Bayramov bildirib ki, karantinə yerləşdiriləndə ondan analiz götürülüb və artıq cavablar çıxıb: “Çox şükür ki, nəticələr müsbətdir, məndə virus yoxdur. Hələlik karantinin neçə gün çəkəcəyini bilmirəm, çox güman ki, 14 gündən sonra buraxılacağıq”. Xanəndə onu da qeyd etdi ki, istər Moskvada olduqda, istər Dərbənddə, istərsə də hazırda valideynləri, dostları, onu tanıyıb sevən insanlarla bərabər ustad xanəndələr Mənsum İbrahimov, Qəzənfər Abbasov, Təyyar Bayramov onunla sıx maraqlanıblar: “Hər kəs narahat idi, mütəmadi mənimlə maraqlanırdılar, zəng edirdilər. Hər birinə dərin təşəkkürümü bildirirəm, artıq hər şey yaxşıdır”.