Tanınmış xeyriyyəçinin evi diqqətdən kənarda qalıb? – VİDEO

Bərdədə tanınmış xeyriyyəçi Balabəy Tağızadənin tarixi abidə sayılan evi bərbad vəziyyətdədir.
Həsənqaya kəndində yerləşən “Balabəyin evi” 19 əsrə məxsusdur. 31 ildir ki, kənd xəstəxanası bu binada yerləşir.

Yerli sakinlərin sözlərinə görə, 30 otaqdan ibarət olan “Balabəyin evi”ndə bir müddət ibtidai məktəb kimi fəaliyyət göstərib. Sonrakı illərdə isə Ağciyər Xəstəlikləri Xəstəxanasına çevrilib. Hazırda isə kənd xəstəxanası kimi tibbi xidmət göstərən bina çökmək üzrədir. Tikili həm yerli əhəmiyyətli memarlıq abidəsi kimi, həm də səhiyyə ocağı olaraq yerlə-yeksan ola bilər.

Məsələ ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə bildirib ki, sözügedən tibb məntəqəsinin qəzalı vəziyyətdə olması ilə bağlı Mədəniyyət Nazirliyinə və TƏBİB-ə məlumat verilib.

Ətraflı süjeti təqdim edirik: