Tanınmış yazıçı: “TƏBİB həyasızcasına insanları təhdid edir”

Azərbaycanın tanınmış yazıçısı Varis Yolçuyev koronavirus əleyhinə tətbiq edilən qadağaları sərt tənqid edib.

Yenicag.az xəbər verir ki, yazıçı koronavirusla bağlı təzyiqin artırıldığını deyib.

“Mənşəyi bilinməyən, kimlərinsə insanlığın məhvinə yönəli silahına çevrilmiş COVID basqısı şiddətlənir, ölüm və yoluxma sayı artır, könüllü olmalı vaksinasiya məcburi hal alsa belə, irəliləyiş görünmür. TƏBİB-sə həyasızcasına insanları təhdid edir, asaram-kəsərəm deyir. Hara belə gedirik?” – deyə Varis qeyd edib.