Tanınmış yazıçı vəfat etdi

XX əsr ABŞ ədəbiyyatının tanınmış simalarından yazıçısı Kormak Makkarti 89 yaşında vəfat edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə oğlu məlumat yayıb.

Yazıçının təbii səbəblərdən, evində dünyasını dəyişdiyi bildirilir.

Kormak Makkarti 1933-cü ildə Providens şəhərində anadan olub. Yazıçılar karyerası boyu bir çox mükafatlara, o cümlədən, “Yol” romanına görə Plutser mükafatına layiq görülüb. Onun eyni adlı romanı əsasında ekranlaşdırılan “Qocalara burda yer yoxdur” filmi 4 “Oskar” qazanıb.

Makkartinin romanları 48 ölkədə çap olunub.

 

COP29