Tanınmış ziyalılar və qələm adamları Bakuinfo.Az-ı təbrik edirlər

1452771726_bakuinfo-yeniBu gün Bakuinfo.Az saytı 3 yaşını qeyd edir. Bu münasibətlə ölkə ictimaiyyətinin tanınmış nümayəndələri saytımızı təbrik edirlər. Onların arasında ziyalılar, yazıçılar və jurnalistlər var.

Təbrik mətnlərini olduğu kimi təqdim edirik:

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov:

Bakuinfo. Az saytı mənim ən çox izlədiyim saytlardan biridir. Sayt həm elm, təhsil, texnologiya ilə bağlı, həm də sosial həyatla bağlı aktual məlumatlar yayır. Tanınmış ziyalılara diqqət yetirir. Saytı yubiley münasibəti ilə urəkdən təbrik edirəm, uğurlar diləyirəm. Arzu edirəm ki, ölkəmizdə sözü keçən olsun.

Şair və alim Yasin Xəlil:

Saytınız Azərbaycanın informasiya məkanında xəbərlərinizin operativliyi, aktuallığı, dəqiqliyi baxımından qısa müddətdə öz layiqli yerini tutdu. Saytın informasiya və mövzu dairəsi geniş oxucu auditoriyası üçün nəzərdə tutulsa da, elitar ziyalı təbəqəsi üçün hədəfləndiyi mübahisə doğurmur. Yerləşdirilən materialların informasiya tutumunun mükəmməlliyi ilə çatdırılma tərzi, yazı mədəniyyəti, dilimizin özəllikləri üzvi surətdə məharətlə birləşdirilir. Bütün bunlar saytın peşəkar mütəxəssislər tərəfindən idarə olunduğunu göstərir, ona marağı artırır, məlumatların etibarlılığına əminliyi yüksəldir.
Bakuinfo.Az saytının kollektivini təbrik edir, daha böyük uğurlara imza atmasını arzulayıram.

Tənqidçi Əsəd Cahangir:

Bakuinfo.Az saytının 3 yaşı tamam olur. Həmişə oxucuya yalnız və yalnız həqiqəti çatdırmaq istəyən bu sayta bu gün cəmiyyətin ehtiyacı böyükdür. Həm də ona görə ki, müasir reklam-şou dünyasında bu sayt klassik ziyalı ənənələrini mümkün qədər qorumağa çalışır və buna nail olur. Belə də olmalıdır.
Saytın 3 yaşını təbrik edir, ona yeni uğurlar arzu edirəm.

Şair Qəşəm Nəcəfzadə:

Son 3 ildə həmişə izlədiyim və oxuduğum Bakuinfo.Az saytı ən birinci operativliyi, dəqiqliyi və qərəzsizliyi ilə yadaşlarda qaldı. Həmişə günün vacib xəbərlərini bu saytda oxuyuram. Saytın quruluşu göz oxşayır. Yazdığı xəbərlər sadə və aydındır. Yazılar oxunaqlı və çəlbedicidir. Qəliz, dilimizə xələl gətirən, başa düşülməyən söz və ifadə yoxdur. Azərbaycan dilinin saflığı əməkdaşlar tərəfindən həmişə qorunur. Yazıların üyğun şəkillərlə verilməsi saytı daha oxunaqlı edir. Gündəlik informasiyalar saytda boldur. Xəbərlər o qədər gözəl dizaynla verilir ki, oxucu yorulmur. Vətənpərvərlik, dövlətçilik ideyaları həmişə saytın baş mövzusu olub. Dövlətimizin bütün sahələrdə gördüyü işlər sayt tərəfindən oparetiv şəkildə işıqlandırılır. Ölkəmizdə və xaricdə baş verən içtimai-siyası hadisələr həmin andaca saytda öz əksini tapır. Qarabağ mövzusu, hərbiçilərimizin qəhrəmanlığı, idman quruculuğu, bayram və mərasimlər, şəhidlərimizin xatirə günləri , ölkəmizin iqtisadi-siyasi həyatı, mədəniyyətimizdə və ədəbiyyatımızda baş verən yenilklərlərlə bağlı yazılar və digər analitik təhlil və şərhlər müntəzəm olaraq saytda yerləşdirilir və böyük maraqla oxunur. Gündəlik sosial, ədəbi, mədəni həyatımızdan bəhs edən köşə yazıları ən çox oxunanlar sırasındadır. Mən Bakuinfo. Az saytının 3 yaşını təbrik edir, gələcək fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirəm.

Yazıçı, əməkdar jurnalist Natiq Məmmədli:

Təbrik edirəm, yeni naliyytələr arzulamaqla yanaşı bir istəyimi də ifadə edim ki, 3 il başlanğıcdı, start vəziyyətidi. Bu yaşda körpədən çox şey ummazlar, əksinə, kömək etmək, dayaq olmaq lazımdı. Mediaya ən böyük dayaq isə onun oxucularıdı. Sizi də, oxucularınızı da təbrik edir, büdrəmədən irəliyə getməyi arzulayıram.

AZADİNFORM İA-nın rəhbəri Niyaz Niftiyev:

Təbrik edirəm. “Bakuinfo.Az” saytı son 3 ildə Azərbaycan oxucusunu dəqiq və operativ xəbərləri ilə təmin etməyi bacarıb. Günümüzün internet media bolluğunda “Bakuinfo.Az” saytının öz xəbər dəsti-xətti var. Saytınıza yeni-yeni uğurlar arzu edirəm. Düşünürəm ki, saytınız əməkdaşlarınızın istehsal etdiyi xəbərləri ilə hər zaman obeyktivliyi qoruyacaq.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Саодат Мухамедова:

Я сердечно поздравляю сайт Бакуинфо.аз. с 3 летним юбилеем! Это мой любимый сайт и я захожу сюда каждый день. Здесь можно узнавать мировые новости обо всем и обо всех. Здесь каждый день размещаются самые свежие новости мира, здесь можно найти информацию по всем сферам общественной жизни – политика, экономика, общественная жизнь, культура, шоу-бизнес, спорт, интересные факты и события, литература, технология, наука и т.д. Примечательно и приятно, что и женщины могут на сайте найти для себя интересную информацию и дельные советы. И еще. Самая полезная и престижная деятельность сайта – эта публикация статьей ученых из разных стран. Благодаря этому азербайджанские читатели имеют возможность ознакомления с научными трудами ученых со всего мира. Все мои статьи, где анализированы современная азербайджанская литература, опубликованы именно на данном сайте. Я еще раз поздравляю весь коллектив сайта с его маленьким юбилеем и желаю все самые наилучшие пожелания на свете. Удачи, много радости, благополучия и любви и уважения читателей сайта! Желаю, чтобы сайт праздновал свое 100 летие!!!

Analitik-jurnalist, Ölkə.Az saytının redaktoru Qafqaz Ömərov:

Bakuinfo.az saytı fəaliyyət göstərdiyi 3 il müddət ərzində Azərbaycan internet məkanında ciddi bir xəbər portalı kimi öz layiqli yerini tutdu. Ölkədə və dünyada baş verən hadisələr haqqında oxicisuna tam təfsilatlı və dolğun informasiya çatdırdığına görə ətrafında çox ciddi bir oxucu auditoriyası toplaya bildi. Bakuinfo.az kollektivinə, başda əziz dostum Əvəz Qurbanlı olmaqla gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Gənc alim və jurnalist Cavid Cabbarlı:

Bakuinfo.az 3 yaşını qeyd edir. Bu münasibətlə Əvəz Qurbanlı başda olmaqla, bütün kollektivi təbrik edirəm.
Bakuinfo.Az 3 il ərzində kifayət qədər tanınıb və ictimaiyyəti maarifləndirmə sahəsində xeyli iş görüb. Eyni zamanda özünəməxsus yol seçərək uğurla addımlayır.
Bakuinfo.Az-a ən xoş arzularımı və istəklərimi çatdırıram.

Araşdırmaçı jurnalist Aqil Ələsgər:

Әslində bu gün biz media bolluğunda normal KİV, qələmə sadiq jurnalist qıtlığı çəkirik. Hərə kəsin sərbəst şəkildə fikrini ifadə etdiyi internet media bizi bu arayışa möhtac qoyub. Çox sevinirəm ki, bu gün qələminə olan sayğını qoruyan, öz dəst-xəttini mühafizə edən Әvəz Qurbanlı kimi qələm sahibləri var. Nə yaxşı ki, bu gün internet medianın gənc nümayəndələrinə təqdim ediləcək “Bakuinfo” var. 3 il bir saytın özünü təsdiqi üçün yetərli zamandır və hesab edirəm ki, bu saytı idarə edən dostlarımız çoxdan bu hədəfi aşıblar. Qarşıda yeni hədəflər var və bu hədəflərin də qısa müddətdə arxada qalmış növbəti qələbə olacağından şübhəmiz yoxdur. Bir daha Әvəz Qurbanlı və “Bakuinfo” kollektivinə yeni uğurlar arzulayıram.

Moderator.Az saytının redaktoru Ağa Cəfərli:

Salam. Təbrik edir və uğurlar arzulayıram. İndi elə dövrdür ki, oxucunu aldatmayan, onu müyyən qədər maarifləndirməyə müyyən qədər cəhd edən saytların sayı həddindən artıq azdır. Mən sizin saytda məhz bunu görürəm, mən bildiyim, gördüyüm qədər oxucunu aldatmağa cəhd etmirsiz. Buna görə sizə təşəkkür düşür. Hə, bir də onu deyim ki, siizn saytda daha çox ədəbiyyatla bağlı materialları oxuyuram. Maraqlı müsahibələr də olur ədəbiyyat adamlarından. Buna görə də sizə təşəkkür edirəm və ümidvaram ki, bu istiqaməti bir az genişləndirəcəksiniz.

“Bizimxeber.Az” saytının baş redaktoru Ədil Hüseynli:

Bakuinfo.az ölkənin internet media sferasında öz dəst-xətti ilə seçilən saytlardan biri kimi tanınır. Bu sayt xəbər seçimində və onun içtimaiyyətə çatdırılmasında kifayət qədər sistemli və funksional rola malikdir. Bir jurnalist, baş redaktor olaraq Bakuinfo.az saytını hər gün izləyirəm. 3 il o qədər də böyük zaman olmasa da, Bakuinfo.az-ı öz sözünü demiş saytlar sırasında birincilərdən hesab etmək olar. Həmkarlarına və bu saytın inkişafı üçün əlindən gələn köməkliyi əsirgəməyən insanlara təşəkkürlər düşür. Daha böyük uğurlar və oxucu sayının çox olmasını arzu edirəm.

“Kanal13” internet TV-nin icraçı direktoru Əziz Qaraşoğlu:

Əksəriyyətdən fərqli olaraq, Bakuinfo.Az reytinq və İP arxasınca qaçmır. Ən əsası da, heç bir zaman təsdiqini tapmamış informasiyanı yayaraq cəmiyyətdə fikir ayrılığı və çaşbaşlıq yaratmır.Bu media qurumunun tərəqqipərvər işini yüksək qiymətləndirir, kollektivinizə daim uğurlar arzulayıram.

Gənc fəal və jurnalist Səbuhi Abbasov:

Bakuinfo.az informasiya portalı ölkəmizdə fəaliyyət göstərən internet media resursları arasında özünün xüsusi çəkisi olan bir portaldır. 3 il az bir müddət olmasına baxmayaraq Bakuinfo.az saytı kifayət qədər oxucu auditoriyası qazanmağa müvəffəq olub. Cəmiyyətdə spesifik, ciddi sayt kimi qəbul olunan Bakuinfo.az saytı bu qısa zaman kəsiyində həm də xalqın poliqonuna çevrilməyi bacarıb. Təbii ki, bu işdə saytın yaradıcı kollektivinin böyük zəhməti var. Dəyərli dostum, istedadlı şair Əvəz Qurbanlı başda olmaqla bütün Bakuinfo.az ailəsini təbrik edir, şərəfli və məsuliyyətli peşələrində yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

Mədəniyyət yazarı, jurnalist İntiqam Valehoğlu:

Bir də görürsən hansısa gəncin toyu, yaxud doğum günündə yaşlı insanlar deyirlər ki, yaxşı uşaqdır, gözümüzün qabağında böyüyüb. Yəni necə deyərlər, hər cikinə-bikinə bələdik. Bu mənada Bakuinfo.az saytı da mənim gözümün qabağında böyüyüb. Hətta deyərdim ki, bu saytın təməl daşını qoyanlardan biri mənəm. Düzdür, bu gün saytın on minlərlə oxucusu olmasa da, öz oxucusu, ziyalı oxucusu var. Tam əminliklə demək olar ki, Bakuinfo.az saytı heç vaxt çox oxunmaq ardınca qaçmayıb. Ziyalı, savadlı oxucular məhz bu saytı tərcih ediblər. Onu da nəzərə almaq lazımdır ki, saytın tarixi ərzində işçilərinin sayı beş nəfərdən artıq olmayıb. Deməli, belə bir məhdud kollektivlə bu uğurları qazanmaq ikiqat çətindir. Məhz buna görə dostum, həmkarım Əvəz Qurbanlını və saytda azacıq da olsa əmək sərf etmiş hər kəsi təbrik edirəm.

Jurnalist Ülvin Məhəmməd:

İnsanların gözü tərəzidir, yaxşını pisdən ayırmağı gözəl bacarırlar. İnformasiya aclığı hiss edən zaman insanın daxil olaraq məlumat aldığı xəbər saytlarının sayı hazırda çox olsa da, onlardan bəziləri doğru-dürüst informasiyalara görə digərlərindən seçilir. «Bakuinfo.az» bu baxımdan geniş oxucu kütləsi toplaya bilib. Çünki hər zaman diqqət yetirdiyim xəbər portalı olan adıçəkilən sayt məlumatın dəqiqliyinə önəm verir. Bu da, hazırkı dövrümüzdə müsbət qarşılanan haldır. Digər tərəfdən dünyada informasiya müharibəsi getdiyi bir vaxtda «Bakuinfo.az» öz gücünü ortaya qoyub. Bu yolda portalın kollektivinə uğurlar arzulayıram. Hesab edirəm ki, bu 3 ildə müəyyən hədəflərə nail olunub. Amma bununla kifayətlənmək olmaz. Azad sözün, müstəqil mətbuatın inkişafında, o cümlədən dəqiq informasiyaların cəmiyyətə çatdırılmasında sizlərə uğurlar diləyirəm.

“Xeber-24.az” saytının baş redaktoru Dönməz Abbasov:

Bu gün mətbuat sahəsində kifayət qədər yazılı və elektron kütləvi informasiya vasitələrinin olduğu bir dövrdə yeni bir ideya və yeni bir nəfəs ilə meydana atılmaq çox çətindi. KİV-nin bugünki maddi vəziyyətini də nəzərə alsaq, hansısa bir kiçik kollektivi formalaşdırmaq da böyük bir hünər tələb edir. Bütün bunlar isə möhkəm iradə və dözümlülük tələb edir. Bakuinfo.az Xəbər Portalı da belə çətin vaxtda meydana gəldi. Portal fəaliyyətə başlayanda qarşısına belə bir məqsəd qoydu: ölkənin ziyalı təbəqəsinin mətbuatdan istədiyi tələbləri yerinə yetirmək və oxuculara bu yöndə daha çox yaxın olmaq. Artıq fəaliyyətə başlamasından üç il keçir. Bu müddət ərzində demək olar ki, istəkləri yolunda uğurla addımlayır. Qarşıdakı illərdə isə bu uğurların davamlı olması üçün daha çox çalışmaq və oxucu kütləsini daha çox cəlb etmək tələb olunur. Əziz həmkarlar! Sizi 3 yaşınızın tamam olması münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətinizdə uğurlar diləyərək, qarşınıza qoyduğunuz məqsədə çatmağınızı arzulayıram.

Gənc yazar və jurnalist Cavid Zeynallı:

Sizi və kollektivinizi təbrik edirəm. Saytların ən böyük üstünlüyü özünün sadiq və ciddi oxucu auditoriyasını formalaşdırmağıdır.
Mənə vacib olan ədəbiyyata, mədəniyyətə isti münasibət göstərməyinizdir. Bu, media məkanında qiymətləndirdiyim ən üstün keyfiyyətlərdən biridir. Bakuinfo.az-ın buna sadiq qalmağını arzu edirəm və umuram. Sizə bolluca oxucu arzu edirəm. Xəbəriniz çox olsun!

Azərbaycan Kiqboksinq Federasiyasının mətbuat katibi Elnur Eltürk:

Bakuinfo yarandığı üç il ərzində mətbuatda maraqlı və ciddi araşdırma yazıları ilə gündəmə gəlib. Bu gün sayt milli mövzuları əsas xətt olaraq tutub. Xüsusilə, Türk dünyasında gedən ədəbi proseslərə önəm verir. Sayt Orta Asiya Türk Cümhuriyyətlərində ədəbi hadisələri xüsusi diqqətdə saxlayır. Saytın əsas özəlliyi odur ki, öz səhifələrində peşəkarlığa üstünlük verir və qeyri-ciddi yazılara rast gəlinmir və bir növ ucuz SENSSASİYAdan uzaq durur. Mən saytın baş redaktoru, müstəqil mediamızın formalaşmasında əvəssiz rol oynayan Əvəz Qurbanlı və onun komandasını ürəkdən təbrik edirəm. Yaxşı bir söz var: “Sükanı belə saxlayın!” Əziz dostlarım, Sizləri qarşıda daha böyük uğur və nailiyyətlər gözləyir.

Gənc şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı:

Bu gün ölkənin ən nüfuzlu xəbər portallarından olan Bakuinfo.Az saytının 3 yaşı tamam olur. Bakuinfo fəaliyyətə başladığı ilk aydan oxucu rəğbətini qazandı və bu gün də qazanmaqdadır. Baxmayaraq ki, bu sayt heç zaman ucuz xəbər dalınca qaçmadı, manşetə “sensasiyalı”, “şok” xəbərlər çıxarmadı, kiminsə bostanına daş atmadı, filan məmur vurulur, filan nazir işdən çıxarılır janrında xəbərlər yaymadı, amma heç vaxt populyarlığını itirmədi. Bakuinfo mənim fikrimcə – bu yəqin ki, çoxlarının fikridir – ciddi, inellektli oxucuların saytıdır və yəqin ki, həmişə də belə olacaq. Məmnunam ki, bu sayt yaranandan indiyə qədər onun oxucusuyam, elə bir gün yadıma sala bilmirəm ki, mən Bakuinfo-nu oxumayım. Saytın yaradıcı heyətini, onun baş redaktoru – peşəsinin və Vətəninin vurğunu olan Əvəz Qurbanlını təbrik edirəm və uğurlar arzulayıram.

Şair və jurnalist Şəmşad Ağa:

Fəaliyyətinizi izləyirəm, xəbərlərinizdə peşəkatlıq açıq hiss olunur. Qısa müddətdə, uğur qazanmaq indiki məqamda çətindir, amma siz bunu bacardınız. Məncə, Əvəz Qurbanlı kimi şairin, qələm adamının, redaktorun olduğu yerdə uğur qazanmaq daha asandır. Uğurlar sizə.