!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmışlardan seçilənlər - SİYAHI

!Reklam – Yazi

Ötən gün keçirilən bələdiyyə seçkilərində ilkin nəticələr artıq Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Yenicag.az xəbər verir ki, MSK sədrinin sözlərinə görə, artıq məntəqələrin 90,24 faizi üzrə nəticələr müəyyənləşib. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır.

Qeyd edək ki, bələdiyyə üzvlüyü uğrunda mübarizəyə qatılanlar arasında tanınmış şəxslər də var. Hazırda onların üzv seçilib- seçilmədiyi maraq doğurur.
Həmin tanınmış şəxslərdən biri də ictimai fəal Vəfa Nağıyeva idi. MSK-nın bazasında yerləşdirilən məlumata əsasən, V. Nağıyeva Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsinə 113 səslə üzv seçilib.

“Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev də Binəqədi qəsəbəsinin bələdiyyəsinə üzv seçilənlərdəndir. O, seçicilərin 3486 səsini toplayıb. Hazırkı nəticəyə əsasən liderdir.

31 saylı Suraxanı seçki dairəsindən Qaraxaçuxur bələdiyyəsinin üzvlüyünə namizəd olan bloqqer Mehman Hüseynovun adı isə açıqlanan ilkin siyahıda yoxdur.

Həmçinin Binəqədi qəsəbəsi bələdiyyəsinin üzvlüyünə namizəd olan gənc fəal Rəbiyyə Məmmədovanın da adı MSK-nın ilkin nəticələrində yer almayıb.

Qeyd edək ki, hazırda maraq doğuran üzvlərdən əlavə, bələdiyyə sədrlərinin necə seçilməsidir. Bu məsələ “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsinin 3-cü bəndinə əsasən tənzimlənir. Belə ki, bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Əgər ehtiyac olarsa, bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur./Oxu24.com/

www.yenicag.az

2654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv