Tanınmışların TƏBRİK YAĞIŞI: “Azərbaycan mediasını “Yeni Çağ”sız təsəvvür etmək mümkün deyil”

Sentyabrın 5-i Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur.

Tanınmışlar özəl gündə Yenicag.az komandasının sevincinə şərik olublar.

Onların ürək sözlərini təqdim edirik:

Şeyx Əbdül Mahmudbəyov, Xalq artisti, rejissor, aktyor:

“Azərbaycan mediasının ən öncül və nüfuzunu qoruyan saytlarından olan “Yeni Çağ” komandası, hər birinizi təbrik edirəm. Təbii ki, başda bu öncüllüyü qoruyan rəhbəri Aqil Ələsgər olmaqla. Mənə çox əziz və doğma saytdır. Bir açıqlama, bir müsahibə verən kimi, yazdığınız yazıları dərhal bütün saytlar da götürüb verir. Bu da o deməkdir ki, operativliyinizlə seçiilirsiniz, özünü doğruldan, etibar qazanan bir saytdır. Hər zaman öndə olun, biz də uğurlarınıza baxıb, sevinək”.

Zülfiyyə Nəzər Məmmədova, aktrisa:

“Azərbaycan mediasını “Yeni Çağ”sız təsəvvür etmək mümkün deyil. “Yeni Çağ” çox sevdiyim, yazılarını maraqla izlədiyim bir xəbər saytıdır. Operativliyinizlə oxucuların hər zaman sevgisini qazanmısınız. Komandanız mənə çox doğmadır. Gələndə bizi o qədər mehriban, gülərüz qarşılayırsınız ki, adam heç getmək istəmir. Yeri gəlmişkən, sloqanınızı çox bəyənirəm: “İndi bizim çağımızdır”. Arzum budur hər zaman sizin çağınız olsun. Başda rəhbərlik olmaqla hər birinizi ürəkdən təbrik edirəm. Yeni uğurlara doğru yolunuz hər zaman açıq olsun”.

Sabir Abdullayev, xanəndə:

“Yeni Çağ” inandığım, dürüstlüyünə əmin olduğum bir saytdır. Mənə də diqqət ayırıb, fikirlərimi cəmiyyətə çatdırırsınız. Saytınız fəqrliliyi ilə seçilir. Bu sayt maraqlıdır, oxunaqlıdır, həm də ona görə ki, balans qorunub saxlanılır. Bir şou-biznes adamından yazanda bir sənətkarın da fikirlərinə yer ayırırsınız. Rəngarəngliyi ilə seçilən bir portaldır. Fikir verirəm, saytlar arasında öz liderliyini qoruyan bir media orqanıdır “Yeni Çağ”. Bu liderliyi hər zaman qoruyub saxlamanızı arzu edirəm. Başda rəhbəriniz Aqil Ələsgər olmaqla, bütün komandanızı təbrik edirəm. Hər zaman öndə olaraq da qalın”.

Aşıq Zülfiyyə:

“17 il ərzində ayaqda qalmağın, uğurlu olmağın təməlində böyük zəhmət, məsuliyyət dayanır. Bu sayt müxtəlif analitik, araşdırma materialları, gözəl mədəniyyət, sosial, siyasi, iqtisadi yazıları, maraqlı müsahibələri ilə ozünə kifayət qədər böyük oxucu kütləsi qazanmış portaldır. Hər zaman mediada öncül sıralarda dayanır. Hər zaman həqiqətin arxasınca gedib, doğruları yazan “Yeni Cag” hər zaman qarşınızda yaşıl işıq yansın, uğurlarınız bol olsun”.

Ülviyyə Murtuzova, psixoloq:

“Şanslı insan o insandır ki, müsahibə verdiyi insan peşəkar olsun. Nə xoş o insanlara. Sizin komandanız, orada çalışanların düşüncəsi, intellekti bir-birini tamamlayır. Siz öz sahənizə görə şanslısınız, mən də şanslıyam ki, sizin kimi peşəkarlara müsahibələr verirəm. Maraqlı, oxunaqlı yazıları, operativliyi ilə seçilir “Yeni Cag”. Azərbaycan mediasında öz nüfuzu, öz yeri olan bir saytdır “Yeni Çağ”. Başda rəhbəriniz olmaqla hər birinizi bu özəl və gözəl gün münasibəti ilə təbrik edirəm”.

Aysel Nazim, aktrisa:

“Bu gün “Yeni Çağ”ın timsalında bir media bayramıdır. Sevinciniz həm də bizim sevincimizdir. Hər zaman sənət adamlarına diqqət ayırmısınız, yeniliklərimizi bölüşmüsünüz, maraqlı müsahibələr alıb, bizi xalqa daha yaxından tanıtmısınız. “Yeni Çağ” peşəkarlığı, dəqiqliyi, operativliyi ilə hər zaman diqqət çəkib. Seçilir, fərqlənir, bir sözlə, sözünü deyən, nüfuzunu qoruyub saxlayan bir media orqanıdır. Başda “Yeni Çağ” Media Qurupunun rəhbəri Aqil Ələsgər olmaqla, bütün komandanı təbrik edirəm, bol-bol uğurlar arzulayıram”.

Cəvahir

COP29