Səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5,0 bal gücündə zəlzələ sənət adamlarının da yuxusuna haram qatıb.
Yenicag.az onların zəlzələ ilə bağlı “WhatsApp” və sosial şəbəkə hesablarındakı paylaşımlarını təqdim edir:
Turan İbrahimov, aparıcı: “Həm blok sayı milyondan “tasını” alan, həm də beton və armaturun standarta uyğunluğuna ciddi nəzarət edən, üstəlik də “kolonlara” ikiqat armatur standartı gətirən məlum idarəyə eşq olsun… 16-cı mərtəbədə “lüstr” nədi ey, uzandığımız yerdə lambada oynadıq, amma kiçik bir çat da yoxdu! Çox şükür Allahın birliyinə!
”Zülfiyyə Eldarqızı, aktrisa: “Allahın bizə rəhmi gəldi. 16-cı mərtəbədə qalırıq. 5 ballıq zəlzə də… Dəhşət hiss olundu”.
Yeganə Həsənova, aparıcı: “Bu necə bir zəlzələ idi, yuxudan oyandım”.
Günay Yelmarqızı, aparıcı: “Zəlzələnin düz sahilində, 10-cu mərtəbədə mənim xəbərim olmayıb”.
Tural Əhməd, aktyor: “Biraz yelləndik”.
Emin Musəvi, aparıcı: “Bakıda və ölkə ərazisində zəlzələ baş verib. Zəlzələnin ocağı Xəzər dənizi idi”.
Cavanşir Hadıyev, aktyor: “Bina silklənir, 8.16…”
Cəvahir