Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir – VİDEO

2021-ci il üçün hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.