Türkiyənin Ağrı vilayətinin Tutak mahalında dəhşətli qəza baş verib.
Hadisə Ağrının Tutak rayonunda baş verib.
Yol qəzasında tankerlə sərnişin avtobusunun toqquşduğu, qəzadan sonra nəqliyyat vasitələrində yanğının başladığı bildirilib.
Qəzada çox sayda yaralının olduğu bildirilir. Qəzadan dərhal sonra bölgəyə yanğınsöndürən və sağlamlıq qruplarının göndərilib.
Qəza ulə bağlı ölkə başçısı da məlumatlandırılıb. Prezident Ərdoğanın verdiyi açıqlamada indiyə qədər 7 nəfərin həyatını itirdiyi bildirilib. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Tutak Respublika Prokurorluğunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən qəza ilə bağlı araşdırmalara başladığını açıqlayıb.