Tankı sınaqdan keçirən nazir Moskvanın yolunu soruşdu – VİDEO

Polşa və İsveçin göndərdiyi ilk “Leopard 2” tankları dünən artıq Ukraynaya gətirilib.

Yenicag.az xəbər verir ki, ölkənin müdafiə naziri Aleksey Reznikov sözügedən bu 4 tankdan birinə baxış keçirib.

Reznikovun baxış zamanı etdiyi zarafat sosial şəbəkələrdə maraqla qarşılanıb.

Belə ki, tankın kabinindən çıxan Reznikov Polşa dilində bunları deyib: “Bağışlayın, Moskvaya yol haradandır?” Nazirin zarafatı ətrafdakıların gülüşünə səbəb olub./Qafqazinfo/