“Tanrının bizimlə olduğunu bilirdim” – Messi

Ötən gün dünya çempionatında Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə adlayan Argentinanın ulduz futbolçusu Lionel Messi açıqlama verib.

Yenicag.az xəbər verir ki, superstar açıqlamasında qələbəni şərh edib:

“Qalib gələcəyimizdən əmin edik. Bu şəkildə qazanmağımız əla oldu. Tanrının bizimlə olduğunu bilirdim. Buradakı hər kəsə, azarkeşlərə və Argentina xalqına təşəkkür edirəm”.

Messi növbəti mərhələdəki rəqibləri Fransadan da söz açıb: “Bütün oyunlarını izləmişik. Çox istedadlı futbolçuları var. Bizim üçün çətin oyun olacaq”.

COP29