Tansu Çiller də “Evet” deyir: Keçmiş baş nazir Türkiyəni təəccübləndirdi

Türkiyənin sabiq baş naziri Tansu Çillərin Konstitusiya referendumunda “Evet” deyəcəyi bildirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu məlumatı “Korkusuz” nəşrinin yazarı Can Ataklı tanınmış siyasətçi Meral Akşenerin sözlərinə əsaslanaraq yayıb.

Aparıcısı olduğu televiziya verilişinə qonaq qismində Akşeneri dəvət etdiyini xatırladan Ataklı bunları yazıb:

“Vaxtilə DYP-də nazir postuna təyin olunmuş Akşener verilişin sonuna yaxın keçmiş baş nazir Tansu Çiller haqqında çox maraqlı sözlər söylədi. Qısaca, o, Çillerin “Evet”çi olduğunu dedi”.
Jurnalist sabiq hökumət rəhbərini bu mövqeyinə görə tənqid edib.

Yeniçağ.Az