Tapdığı güllə ilə özünü yaraladı – Qazaxda

Qazax sakini ehtiyatsızlıq nəticəsində qəlpə yarası alıb.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, rayonun Kəmərli kənd sakini 23 yaşlı Ramil Akif oğlu Babayev bədənin müxtəlif nahiyələrinin qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 2-ci qrup əlil olan R.Babayev tapdığı gülləni əlinə götürən zaman partlayış olub və o qəlpə yaraları alıb.

COP29