Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə iki həftədən az bir müddət qalıb. Seçkilərlə bağlı depuatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası da hazırda davam etməkdədir. Müstəqillik dövründə sayca 7-ci dəfə formalaşacaq parlamentdən gözləntilər böyükdür. Seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir.
Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirsək, bir sıra tanınmış adlara da rast gəlmək mümkündür. Lakin siyahıda namizədlər arasında heç kimin tanımadığı şəxslər də yer alıb. Siyahıda işsiz, təqaüddə olan, fərdi sahibkar olan namizədlərin olması daha çox diqqəti cəlb edir.
Təbii ki, seçmək və seçilmək hüququ vətəndaşların Konsititusiyada təsbit olunmuş təməl hüquqları sırasındadır. Lakin Milli Məclis kimi ali qanunverici orqanın bu ölkədə önəmli məsələləri həll edə biləcək mütəxəssislərə, iqtisadçılara, hüquqşünaslara və başqa bu kimi peşəkarlara ehtiyacı var.
Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizdələrlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Nərimanov, Nəsimi və Nizami rayonları ilə davam edirik.
19 saylı Nərimanov birinci seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Məmmədov Hikmət Baba oğludur. Bu seçki dairəsində adı tanınmayanlardan isə namizədliyini KXCP-dan irəli sürmüş hazırda heç bir yerdə çalışmayan Mikayıllı Adil Eynallı oğlu, namizədliyini AVP-dan irəli sürən və hazırda heç bir yerdə işləməyən Əlimirzəyeva Lalə Qəzənfər qızıdır.
20 saylı Nərimanov ikinci seçki dairəsində siyahıda namizədliyini YAP-dan irəli sürmüş YAP Nərimanov rayon təşkilatının sədri Vəliyev Samir Əhməd oğlu da var. Sözügedən seçki dairəsində də tanınmayan şəxslər var.
Belə ki, namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir müəssisədə çalışmayan Ağayev Zaur Çingiz oğlu, namizədliyini Ağ Partiyadan irəli sürən və hazırda stomatoloq kimi çalışan Bədəlov Fuad Əkrəm oğludur.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsində deputatlığa namizədliyini YAP-dan isəli sürən VI çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Bu seçki dairəsində namizədliyini Ağ Partiya tərəfindən irəli sürən Ağ Partiyanın sədri Abbaslı Tural Feyruz oğlu da var.
Sözügedən seçki dairəsində namizədliklərini özləri tərəfindən irəli sürmüş pensiyaçı Aslanlı Gülağa Qulam oğlu, pensiyaçı İsmayılova Reyhan Yunus qızı, Sadiqov Fazil Hüseyn oğludur.
22 saylı Nəsimi-Yasamal seçki dairəsində deputatlığa namizədliyini DİP-dən irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Mollazadə Asim Nazim oğludur. Bu seçki dairəsində namizədliyini REAL-dan irəli sürən REAL Partiyasının siyasi komitəsinin sədri Məmmədov İlqar Eldar oğlu da var.
Sözügedən dairədə tanınmayanlardan isə namizədliklərini özləri tərəfindən irəli sürən və hazırda heç bir yerdə işləməyən Ağayev İlham Müslüm oğlu, İsmayılov Cahandar Cahangir oğlu da özünə yer alıb.
23 saylı Nəsimi-Səbail seçki dairəsində depuatlığa namizədliyini öz təşəbbüsü tərəfindən irəli sürən 1940-cı il təvəllüdlü VI çağırış Milli Məclisin deputatı Səmədzadə Ziyad Əliabbas oğludur. Bu seçki dairəsində adı tanınan şəxslərdən isə namizədliyini özü tərəfindən irəli sürmüş məşhur müğənni Qasımova Elza (Seyidcahan) Nuru qızıdır. Sözügedən seçki dairəsində adı tanınmayan şəxslər də var. Belə ki, namizədliklərini özləri tərəfindən irəli sürən və hazırda heç bir yerdə çalışmayan İsmayılov Eldar İsmayıl oğlu, İsrafilzadə Əlisahib Qiyas oğludur.
24 saylı saylı Nizami birinci seçki dairəsində deputatlığa ən real namizəd namizədliyini özü tərəfindən irəli sürən VI çağırış Milli Məclisin deputatı Nurullayeva Könül Oruc qızıdır. Sözügedən seçki dairəsində namizədliyini HƏP-dən irəli sürmüş və hazırda heç yerdə işləməyən Şirməmmədov Əliyar Əliş oğludur.
Mövzunu davam etdirəcəyik…