!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarif artımlarının MÜMKÜN NƏTİCƏSİ: "Ölkədə inflyasiya daha da sürətlənir"

!Reklam – Yazi

Dünya Ərzaq Təşkilatının məlumatına görə, bu ilin noyabrında qlobal ərzaq qiymət indeksinin səviyyəsi ötən ilin noyabrına nisbətən 27% yüksəkdir. Azərbaycanda Statistika Komitəsi bu ilin oktyabr ayı üzrə istehlak bazarında qida qiymətlərinin 2020-nin eyni ayına nisbətən təxminən 14% çox olduğu barədə məlumat yayıb. Eyni zamanda, həmin dövr üzrə yerli ərzaq emalçıları üzrə istehsalçı qiymət indeksinin 16% yüksək olduğu qeyd edilib.

Bu fonda ölkədəki yoxsulluq səviyyəsi ilə bağlı iqtisadçı Rövşən Ağayev Yenicag.az-la öz fikirlərini bölüşüb.

İqtisadçıya görə, Azərbaycanda bütün regionlar üzrə yoxsulluğu etibarlı və operativ ölçən statistika olmadığından real gəlirlərin belə kəskin azalmasının ölkədə yoxsulluğa təsiri barədə cəmiyyət obyektiv informasiyaya malik olmur:

“Azərbaycan iqtisadiyyatı böyük neft gəlirlərinin daxil olduğu ilk illərdən sonra qiymətlərin ən yüksək həddə çatdığı mərhələyə qədəm qoyub. Xüsusilə də qida inflyasiyasının yüksək səviyyəsi ölkədə yoxsulluğun miqyasının artması, sosial vəziyyətin sürətlə pisləşməsi üçün əsas riskə çevrilib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda məşğul əhalinin təxminən 65 faizi qeyri-rəsmi çalışır. Belə vəziyyətdə minimum əməkhaqqı və büdcə işçilərinin maaşları vasitəsilə indeksləşdirmə mexanizmi qeyri-rəsmi sektorda gəlirlər üçün işlək mexanizm rolunu oynamır. Azərbaycanda hər 100 işçidən 95 nəfəri rəsmi maaşa imza atmış olsaydı, onların gəlirlərinin minimum əməkhaqqının indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunması real olardı.

Qida inflyasiyası hazırda qlobal miqyasda problemə çevrilib. Azərbaycan kimi iqtisadiyyatın yüksək səviyyədə monopollaşdığı, rəqabətin olmadığı şəraitdə əlavə daxili faktorlar qiymətləri daha da yüksəldir. Belə bir reallıqda hökumətin tarifləri tənzimlənən xidmətləri kəskin şəkildə bahalaşdırması ölkədə inflasiyanı daha da sürətləndirir”.

Gülşən Şərif

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv