tarif_011013_3Təbii qaz və elektrik enerjisinin istifadəsinə tətbiq olunan güzəştli limitin artırılması təkcə əhalinin aztəminatlı təbəqəsinə yox, orta təbəqəyə də müsbət təsir göstərəcək.

Yenicag.az xəbər veriri ki, bunu Trend-ə Tarif (qiymət) Şurasının katibinin müavini Ceyhun Nəcəfov deyib.

Onun sözlərinə görə, limit həddinin yüksəldilməsi nəticəsində elektrik enerjisindən istifadə edən güzəştli istehlakçıların sayı ölkə əhalisinin 80 faizini, qazdan istifadə edən güzəştli istehlakçılar isə 75 faizini təşkil edəcək.

C.Nəcəfov deyib: “Daha əvvəl qaz və elektrik enerjisi tarifləri artımının toxunmadığı əhali sayı müvafiq olaraq 62 və 72 faiz təşkil edirdi. Limitin artırılması nəticəsində elektrik enerjisindən istifadə edən beş istifadəçidən dördü və qazdan istifadə edən dörd istifadəçidən üçü tarif artımından azad olacaq. Tarif artımının şamil olunduğu insanlar isə limitin artırılması ilə əlaqədar öz vəsaitlərinə qənaət edə bilər”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."